AZ

Etirazçılar bu şəhərdə prezident iqamətgahını yandırdı

Nepalda etirazçılar paytaxt Katmanduda hökumət rəsmilərinin, o cümlədən prezident Ram Paudelin iqamətgahını yandırıblar.

Publika.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Etirazçılar hətta istefa vermiş Nepal Kommunist Partiyasının lideri Puşpa Dahal, informasiya texnologiyaları naziri Prithvi Qurunq və daxili işlər naziri Rameş Lekhakın iqamətgahlarını da yandırıblar.

Nepal hakimiyyəti ölkədə bir çox sosial media platformalarına qadağa qoyulduğunu elan edib, bundan sonra Katmandu və digər böyük şəhərlərin sakinləri etiraz aksiyaları keçiriblər. Etirazların ardınca polislə toqquşma olub, nəticədə 19 nümayişçi həlak olub.

Seçilən
5
publika.az

1Mənbələr