AZ

“İsgəndər”də ABŞ komponentləri tapıldı

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya tərəfindən Kiyevə atılan “İsgəndər” raketinin tərkibində onlarla xarici detal aşkarlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk məlumat yayıb.

Ekspertiza nəticələrinə əsasən, raketdə ABŞ istehsalı 35, hər biri Yaponiya, Britaniya və İsveçrə istehsalı olan 1, Belarusa aid 5 və Rusiya istehsalı 57 komponent var.

Qeyd edək ki, sentyabrın 7-si Rusiyanın Kiyevə raket və PUA hücumu nəticəsində Nazirlər Kabinetinin binasında yanğın baş vermişdi. Ukrayna tərəfi Rusiyanın Nazirlər Kabinetinin binasını “İsgəndər” raketi ilə atəşə tutduğunu bildirmişdi. /axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
2
icma.az

4Mənbələr