Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Böyük Britaniyanın baş naziri Key Starmer Londonda Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb.
Bizimyol.info xəbər verir ki, Starmerin ofisinin sözçüsünün verdiyi açıqlamaya görə, liderlər Qəzzada "dəhşətli əzab və aclığa təcili son qoyulması zərurətini", həmçinin Həmas tərəfindən saxlanılan girovların azad edilməsini müzakirə ediblər.
Abbas "İsrail kursunu dəyişmədiyi təqdirdə bu ayın sonunda BMT Baş Assambleyası qarşısında Böyük Britaniyanın Fələstin dövlətini tanımaq öhdəliyini" alqışlayıb.
Dovning Street ikitərəfli görüşdən əvvəl bildirib ki, bu, baş nazirin Fələstin anklavında davam edən münaqişənin siyasi həllinə nail olmaq üçün davam edən səylərinin bir hissəsidir.
Danışıqlar zamanı hər iki lider HƏMAS-ın “Fələstinin” gələcək idarəçiliyində heç bir rolu olmayacağı barədə razılığa gəliblər və münaqişənin “uzunmüddətli” həllinə ehtiyac olduğunu bir daha təsdiqləyiblər.
Abbas sentyabrın 7-də axşam üç günlük səfər üçün Londona gedib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.