Sabah Masallı rayonunun bir sıra kəndlərinin, ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.
Mia.az "Azəriqaz"a istinadla bildirir ki, buna səbəb Masallı rayonu ərazisində yerləşən sənaye və əhali qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılmasıdır.