AZ

Çin Aİ ilə qarşılıqlı etimadın gücləndirilməsinin tərəfdarıdır Si Cinpinq

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Çin və Avropa İttifaqı (Aİ) qeyri-müəyyən beynəlxalq vəziyyət şəraitində əlaqələri, qarşılıqlı etimadı gücləndirməli və əməkdaşlığı dərinləşdirməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Çin Xalq Cümhuriyyətində səfərdə olan Portuqaliyanın baş naziri Luis Monteneqro ilə görüşündə Çin Xalq Respublikasının sədri Si Cinpinq deyib.

“Beynəlxalq vəziyyət nə qədər xaotik və çaşdırıcı olarsa, Çin və Aİ əlaqələri və qarşılıqlı etimadı bir o qədər gücləndirməli, əməkdaşlığı artırmalıdır.

Ümid edirik ki, Portuqaliya Çin-Aİ tərəfdaşlığı mövqeyinə sadiq qalacaq, Çin-Aİ münasibətlərinin davamlı, sabit və sağlam inkişafına kömək edəcək”, - deyə Çin lideri bildirib.

Si Cinpinqin sözlərinə görə, dünya indi yenidən təlatüm və dəyişiklik dövrünə qədəm qoyur. "Çin Portuqaliya ilə çoxtərəfli məsələlərdə yaxından əməkdaşlıq etməyə, əsl çoxtərəfliliyi birgə təşviq etməyə, BMT-nin nüfuzunu qorumağa, azad ticarət sistemini dəstəkləməyə və daha ədalətli və daha ağlabatan qlobal idarəetmə sisteminin qurulmasına kömək etməyə hazırdır", - deyə bildirib.

Portuqaliyanın baş naziri sentyabrın 8-dən 10-dək Çində səfərdədir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
bizimyol.info

2Mənbələr