AZ

Rusiya Azərbaycanın tələbi ilə axtarışda olan şəxsi həbs edib


Rusiya məhkəməsi Azərbaycan hüquq-mühafizə orqanlarının terrorçuluq məqsədilə təlimlər keçirməkdə, cinayətkar birliklər təşkil etməkdə və silahlı qruplar yaratmaqda ittiham etdiyi şəxsi həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları təcili rabitə kanalları vasitəsilə axtarışda olan şəxslə bağlı sənədləri əldə edib və dərhal azərbaycanlı həmkarlarına həbs barədə məlumat veriblər.
Məhkəmə sənədlərində həbs edilən şəxsin Rusiya pasportu olmadığı, lakin vətəndaşlığı göstərilmədiyi bildirilir. Azərbaycanda isə həmin şəxs qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.
Azərbaycanın hüquq-mühafizə orqanları saxlanılan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun ekstradisiyası ilə bağlı rəsmi sorğu göndərib.
Seçilən
67
yeniavaz.com

1Mənbələr