AZ

"Vaşinqton səfərinin nəticələri diplomatiya tarixində qızıl səhifələrdən biridir"

Yazını böyüt
Yazını kiçilt

“Dünyada artan ziddiyyətlər fonunda Prezident İlham Əliyevin Vaşinqton səfərinin nəticələri diplomatiya tarixində qızıl səhifələrdən biridir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, Vaşinqtonda dünyanın supergücünün bölgəyə baxış rakursunun dəyişməsinə nail olmaq, böyük güclərin bitməsini istəmədiyi münaqişənin başa çatdığı konfiqurasiyanı qəbul etdirmək yalnız Prezident İlham Əliyevin müdrik vizyonu ilə mümkün olub.

Deputat hesab edir ki, ən azı son 4 ili Azərbaycana qarşı qeyri dostcasına davranmış, münasibətləri sıfırlamış, separatizmə açıq dəstək vermiş Birləşmiş Ştatlara bu ölkənin Prezidentinin dəvəti ilə səfər, ikitərəfli münasibətləri zəminində çox önəmli məsələdir:

"Münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün işin başlanması, uzun müddət ölkəmizə qarşı riyakarcasına istifadə olunmuş “Azadlığa dəstək aktı”na 907-ci düzəlişdən dövlət başçımızın hüzurunda oval ofisdə nümayişkaranə formada imtina edilməsi, habelə soyuq müharibə elementinə çevrilmiş ATƏT-in Minsk qrupuna xitam qərarının Ağ evdən açıqlanması yalnız uğur deyil, bu, İlham Əliyevin Triumfudur. Azərbaycan konstitusion qaydada beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etsə də, Ermənistanın işğalçılıq siyasəti nəticəsində müharibəyə cəlb olunduq və AXC-Müsavat hakimiyyətinin xəyanətkar mahiyyəti ucbatından məğlubiyyətə uğramışdıq. Üstəlik, beynəlxlaq camiə də məsələdə ədalətli mövqe tutmur, Azərbaycanı işğalın nəticələri ilə barışmağa məcbur etməyə çalışırdı. Lakin İlham Əliyevin həyata keçirdiyi ardıcıl və konseptual fəaliyyət, bizim başlamadığımız, lakin Müzəffər Ali Baş Komandanın şərəflə bitirdiyi müharibədə böyük hərbi-siyasi zəfərimizin rəhninə çevrildi. Sirr deyil ki, müharibə illərində Azərbaycan vətəndaşlarına, Respublikasının maraqlarına qarşı çoxsaylı cinayətlər törədilib, lakin, Azərbaycan Vətən müharibəsi və Antiterror əməliyyatlarında, döyüş meydanında bu cinayətlərin qisasını misli ilə aldı, müharibədə qaçıb gizlənən canilər isə bu gün Bakı hərbi məhkəməsinin müttəhimlər kürsüsündə oturub. Üstəlik, Azərbaycan müharibəni sabitlik xatirinə tələsik, natamam başa çatdırmadı, İlham Əliyev ölkəmizə son bir neçə əsrdə dünyada ilk təkbaşına mütləq qələbəni qazandırdı.

Bir sözlə, Prezident ən çətin olanı artıq geridə qoydu, bu xalq üçün zəfəri təmin etdi. Əgər zəfərin memarı İlham Əliyev Əbu-dabidə, Vaşinqtonda, məğlub dövlətin başçısı ilə bir masaya oturursa, yaxud əgər arxa cəbhənin yükünü şərəflə daşımış, mənəvi birliyimizin simvoluna çevrilmiş Mehriban xanım Əliyeva Çində sülh və qarşılıqlı etimad naminə Ermənistanın baş nazirinin həyat yoldaşının əlini sıxırsa, bu, qalibin böyüklüyüdür".

Seçilən
52
hafta.az

1Mənbələr