Rusiya bir sıra Qərb ölkələrində nasist virusuna qarşı immunitetin zəiflədiyini qeyd edir.
Herbiand.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Təəssüflə qeyd etmək məcburiyyətindəyik ki, bu gün bir sıra Qərb ölkələrində nasist virusuna qarşı immunitet zəifləyib”, - Rusiya XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, öz müstəsnalığına əmin olan Qərb şovinizmin, rusofobiyanın və antisemitizmin nəyə gətirib çıxara biləcəyini unudub, ona görə də bu cür meylləri boğmaq və tarixi həqiqət uğrunda mübarizə aparmaq Rusiyanın borcudur.
Bəxtiyar CƏFƏRLİ