Macarıstan yaxın vaxtlarda “ən uzunmüddətli” qaz müqaviləsini imzalayacaq
Macarıstanın xarici işlər naziri Peter Siyyartobildirib ki, ölkə tezliklə “qərb istiqamətindən” qaz tədarükünə dair “ən uzunmüddətli” müqavilə imzalayacaq.
“Bu gün (sentyabrın 9-da) biz təbii qazın alınması üzrə yeni uzunmüddətli müqavilə imzalayırıq. Bu, bizim ən uzunmüddətli müqaviləmiz olacaq”, – deyə o, “Facebook” sosial şəbəkəsində yazıb.