AZ

Boşboğaz, bacarıqsız... Rusiyadan Makrona sərt sözlər

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Fransa xalqı Prezident Emmanuel Makronun səkkiz illik biabırçılığından yorulublar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

O hesab edir ki, Fransa lideri başqa ölkələrin daxili işlərinə qarışaraq, Avropa İttifaqında (Aİ) şəxsi hakimiyyət uğrunda mübarizə aparır.

“Makron vətəndaşların da etimadını itirib, öz boşbazlığı və bacarıqsızlığı ucbatından ölkəsini bütün sahələrdə böhrana sürükləyib. Fransanın dövlət borcu 3,4 trilyon avroya çatıb, iqtisadiyyatı durğunluq astanasındadır, sənaye istehsalı isə azalır”, – Volodin əlavə edib.

Dövlət Dumasının sədri bildirib ki, E.Makron siyasi partiyaların impiçment petisiyasına baxmayaraq, istənilən vasitə ilə hakimiyyəti saxlamağa çalışacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
globalinfo.az

1Mənbələr