ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Avropa İttifaqı (Aİ) rusiyalı diplomatların gediş-gəlişini məhdudlaşdırmaq qərarına gələrsə, Rusiya buna cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.
O vurğulayıb ki, Moskva Brüsselin mümkün addımlarını diqqətlə izləyir.
“Biz Rusiya diplomatlarının hərəkət azadlığının məhdudlaşdırılması təhlükəsini açıq qarşıdurma addımı kimi qiymətləndiririk. Bu, həyata keçiriləcəyi təqdirdə Kremlin ölçülü, adekvat və ən əsası qaçılmaz cavab addımları ilə nəticələnəcək”, – deyə Maslennikov söz verib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.