AZ

Pakistan Ermənistanla bağlı tarixi addıma hazırlaşır

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Pakistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün imkan yaradılması müqabilində Ermənistanı BMT-nin üzvü kimi tanıya bilər”. 

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-dəki məlumatlı mənbə TASS-a bildirib.

Nəşr yazır ki, bu istiqamətdə müvafiq prosedurlar bir neçə həftədən bir neçə ayadək çəkə bilər:

“Bu, gözlənilən bir məsələ idi. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından sonra baş verdi. İki ölkənin münasibətləri bu prosesə heç bir maneə yaratmayacaq”.

Qeyd edək ki, avqustun 31-də Ermənistan və Pakistanın xarici işlər nazirləri Çində diplomatik münasibətlərin qurulmasına dair kommunike imzalayıblar. Buna qədər iki ölkə arasında son 34 ildə heç bir siyasi təmas olmayıb. Avqustun 8-də  Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Pakistanın Azərbaycanla danışaraq Ermənistanla əlaqəyə keçdiyi bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr