AZ

Komitə sədri: Prezident İlham Əliyevin yaratdığı yeni status-kvo sülh və təhlükəsizlikdir

BAKI, 9 sentyabr. TELEQRAF

Vaşinqtonda imzalanan birgə bəyannamə sülh müqaviləsi istiqamətində atılan ən mühüm addımdır. Bu, Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ölkə başçısıbir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan çətinliklərə baxmayaraq, ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməyi bacardı.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi sessiyasında Milli Məclisin komitə sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində döyüş meydanında qələbə qazanaraq Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqlarımızı geri qaytardıq. Eyni zamanda, bu epoxal nailiyyəti hüquqi cəhətdən rəsmiləşdirdik. Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi, xalqla birliyi və qətiyyətli mövqeyi bütün ölkələrin liderləri tərəfindən hörmətlə qarşılanır.Hər kəsaydın şəkildə görür ki, onun üçün xalqımızın və dövlətimizin maraqları birinci yerdədir. O, təkcə siyasi baxımdan deyil, eyni zamanda şəxsi keyfiyyətləri -uzaqgörənliyi, prinsipiallığı və xalqına bağlılığı ilə dünya liderlərinin, eləcə də beynəlxalq ictimaiyyətin dərin hörmətini qazanmışdır.Bəli, Azərbaycan sübut etdi: Cənubi Qafqazda sülh yalnız ədalətin bərpasından sonra mümkündür. Bir çox dairələr, qüvvələr, təşkilatlar maneə olmaq istəsələr də, ölkəmiz öz gündəmini - sülh, qonşuluq və quruculuq planını reallaşdırır”.
Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin yaratdığı yeni status-kvo sülh və təhlükəsizlikdir: “Vaşinqtondaəldə olunan tarixi nəticələr:sülh sazişinin paraflanması, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizinin açılması – bütün bunlaronu göstərir ki, Cənubi Qafqazbir neçə il əvvəl qeyri-mümkün görünən tektonik dəyişiklikləri yaşayır. Bu gün region uzun sürən münaqişənin davamlı sülh və mehriban qonşuluq mərhələsinə qədəm qoyur. Bu yeni reallığın baş memarı hərbi-siyasi vasitələrlə ölkənin ərazi bütövlüyünü bərpa edən və bununla da bütün regional arxitekturanın yenidən yaradan Prezident İlham Əliyevdir”.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr