AZ

Baş prokuror Sinqapurda işgüzar səfərdədir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevinrəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti BeynəlxalqProkurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumiyığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib.

Trend xəbərverir ki, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sistemininidarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsindəhüquq-mühafizə orqanlarının fəaliyyətində müasirinformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədənsüni intellektdən istifadə imkanları, prokurorluq orqanlarınınkibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutlarıncinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinindaha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgətəşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlərmüzakirə olunur.

Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illikyubileyinə tesadüf edən konfransın açılış mərasimində SinqapurRespublikasının Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroruLüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının PrezidentiXuan Batista Mahikes çıxış edərək qonaqları salamlayıblar.

Tədbirin açılışında çıxış edən rəsmi şəxslər konfransıncinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalqəməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib,onun məhsuldar nəticələr verəcəyinə inamlarını ifadə ediblər.

Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasınınrəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərindəkeçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, butədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çoxsayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyixüsusi vurğulanıb.

Səfərin zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Başprokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyevhəmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlarnəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsindəgörülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədəSinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətindəmaraqlı olduqlarını bildirib.

Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcəkəməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadrhazırlığı məsələləri müzakirə olunub.

Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdiredib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünübildirib və konfransın işinə uğurlar arzulayıb.

Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran ƏliyevNiderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya,Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları,habelə Çin Xalq Respublikasının Baş prokurorunun müavini iləikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuranməsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqiyardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikirmübadiləsi aparılıb.

Səfər çərçivəsində növbəti günlərdə digər ölkələrin prokurorluqorqanlarının rəhbərləri ilə görüşlərin keçirilməsi və əməkdaşlıqimkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edir.

Baş
Baş
Baş
Baş
Baş
Baş
Seçilən
33
21
az.trend.az

10Mənbələr