AZ

Qəza sonrası avtomobillərin yolun ortasında saxlanılması tıxac və əlavə qəzaların əsas səbəblərindən biridir – BDYPİ

Yol-nəqliyyat hadisəsi baş verdiyi andan etibarən əsas məqsəd – nəqliyyat axınının bərpası və əlavə qəzaların qarşısının alınmasıdır. Təcrübə göstərir ki, qəza nəticəsində maddi ziyan olsa da, sürücülərin avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkməməsi tıxacların yaranmasına, digər nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına və əlavə təhlükələrin meydana çıxmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki:

- Maddi ziyanla nəticələnən qəzalar zamanı avtomobilləri yolun ortasında saxlamaq əvəzinə, əvvəlcə avtomobillərin foto və videosunu çəkmək, daha sonra isə mümkün olduğu halda dərhal yolun kənarına çəkmək vacibdir. Bu, həm hərəkətin tam iflic olmasının, həm də ikinci qəzanın baş verməsinin qarşısını alır.

- Yol polisi əməkdaşları hadisə yerinə çatana qədər əsas şərt təhlükəsizlikdir: “fövqəladə dayanma” işıq siqnallarını yandırmaq, əraziyə qəza dayanma nişanı qoymaq və yalnız bundan sonra nəqliyyat vasitəsini kənara çəkmək lazımdır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin dərhal yolun hərəkət hissəsindən kənarlaşdırılması nəqliyyatın fasiləsizliyinin qorunması və bütün hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.

Hurriyyet.az

Seçilən
14
5
hurriyyet.az

6Mənbələr