AZ

Bu, Azərbaycanın diplomatik və strateji uğurudur - Elman Nəsirov

"ÜDM-i 20 trilyon dolları, hərbi büdcəsi isə 1 trilyon dolları keçən fövqəldövlətlə – ABŞ-la aparılan danışıqlarda Azərbaycanın mövqeyinin qəbul edilməsi və əldə olunan uğur olduqca əhəmiyyətlidir.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən xüsusi iclasında deputat Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, Vaşinqtonla münasibətlərimizin tarixi əsasları var.  Xatırladıb ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanıb, 1997-ci ildə ümummilli lider Heydər Əliyev ABŞ-yə səfər edib. 2003-cü ildə isə Prezident İlham Əliyevin Vaşinqtona ilk rəsmi səfəri baş tutub.

"1992-ci ilin mart ayından fəaliyyət göstərən ATƏT-in Minsk qrupu illər boyu münaqişənin həllinə real töhfə vermək əvəzinə, əksinə, prosesə maneə yaradan bir vasitəyə çevrildi. Prezident İlham Əliyev dəfələrlə bu qrupun fəaliyyətsizliyini vurğulayaraq, onun həm de-fakto, həm də de-yure ləğv edilməsinin vacibliyini qeyd edib. Bu gün artıq həmin qurum tarixə qovuşub".

Deputat bildirib ki, ATƏT-in görə bilmədiyi işi Prezident İlham Əliyev qətiyyəti və siyasi iradəsi ilə yerinə yetirdi. 

"Bu, Azərbaycanın diplomatik və strateji uğurudur. Bundan sonra sülh müqaviləsinin mahiyyətinə heç bir dəyişiklik gətirilməsi mümkün olmayacaq".

Seçilən
18
2
sabahinfo.az

3Mənbələr