AZ

"Changan" Rusiyada yığılacaq

Changan markası Rusiyada avtomobillərin lokal istehsalını təşkil etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə şirkətin Rusiyadakı nümayəndəliyi, "Changan Motors Rus"-un icraçı direktoru Aleksandr Kulaqin "Interfax" agentliyinə açıqlama verib.

Onun sözlərinə görə artıq bütün müvafiq danışıqlar aparılıb və yaxın gələcəkdə Changan avtomobilləri lokal VIN nömrəsi ilə satışa çıxacaq. Rəsmi açıqlamanın bu il ərzində verilməsi gözlənilir, amma detalları hələ açıqlanmayıb.

Kulaqin həmçinin bildirib ki, mövcud CS və UNI seriyalarına əlavə olaraq, Deepal hibrid və elektrikli avtomobillər də buraxılacaq. Bu seriyalar ayrı marka kimi təqdim olunmayacaq, çünki bu, əlavə xərclərə səbəb olar.

Yaxın zamanlarda Rusiyada satışa çıxacaq modellər arasında Deepal G318 hibrid SUV, Avatr 12 elektrikli kupé və yeni nəsil CS75 Plus krossoveri yer alacaq.

İslam
Milli.Az

 
Seçilən
7
2
milli.az

3Mənbələr