AZ

DİN Bakıda əməliyyat keçirdi, 60 kiloqram narkotik aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat nəticəsində 60 kiloqram narkotik aşkarlanıb. 

Bu barədə Ekologiya.az-a DİN-dən məlumat verilib. 

Bildirilib ki, Bakının Nərimanov rayonunda keçirilən tədbir zamanı  48 yaşlı Mahir Məhərrəmov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 60 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

M.Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə narkotiklərin daşımasını taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən istifadə edərək təşkil edib. Əməliyyat-texniki tədbirlərlə onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil etdiyi sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 
Seçilən
33
36
ekologiya.az

10Mənbələr