AZ

İsrail hava hücumları: Homsda Türkiyə silahları məqsəd alınıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Al Hadath telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Homs şəhəri yaxınlığında həyata keçirdiyi hava hücumlarının məqsədi Türkiyə istehsalı raket və hərbi texnika anbarları olub. Bu silahlar Suriyanın hava hücumundan müdafiə qüvvələrinə yönəldilmişdi. Məlumata görə, İsrailin atdığı zərbələr Homs (Dəməşqdən 165 km) yaxınlığındakı Suriyanın PVO obyektlərinə yönəldilmişdi. İsrailin təhlükəsizlik orqanlarındakı mənbə bildirib ki, ölkə Suriyaya qarşı təhlükə yaradan hədəflərə qarşı istənilən vaxt hərbi əməliyyatlar həyata keçirə bilər, lakin Türkiyə ilə qarşıdurmadan qaçmaq niyyətindədir. Mənbə həmçinin qeyd edib ki, İsrail Suriya ilə təhlükəsizlik tədbirləri üzrə razılaşma aparır, lakin müvəqqəti prezident Əhməd əş-Şaraa xarici təzyiq altında olduğu üçün ciddi razılaşmalara maraq göstərmir.
Hücumlar Homs və Palmirə ətrafındakı bir neçə hərbi obyektə, həmçinin Lataqiya sahil şəhərinin şimalına yönəldilib. Maskan bölgəsində, Homsun cənubunda yerləşən PVO bazası və təlim mərkəzi də zərbə alanları arasında olub. Hücumların nəticələri barədə hələlik məlumat verilmir. Suriyanın Xarici İşlər Nazirliyi İsrailin bu hərbi əməliyyatlarını qətiyyətlə pisləyərək, BMT Təhlükəsizlik Şurasını bu aqressiv hərəkətlərin qarşısını almağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr