"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, İstanbul klubuna Domeniko Tedesko rəhbərlik edəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında böyük ölçüdə razılaşma əldə olunub. 39 yaşlı italiyalı mütəxəssisin yaxın zamanda Super Liqa təmsilçisi ilə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" bir müddət əvvəl baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırmışdı.
“Fənərbaxça”da növbəti ayrılıq
Ben Yedder rəsmən Türkiyə klubunda
Roberto Bordinin yeni klubu bəlli olub
La Liqada ayın ən yaxşı baş məşqçisi müəyyənləşib
Danimarkalı mütəxəssis "Bayer"də - rəsmi