AZ

ANAMA yanında İctimai Şuraya səsvermədə iştirak üçün nümayəndələrin siyahısı müəyyənləşdi

Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi 2025-ci il 31 iyul taxində başlamış və 27 avqust tarixində qeyd olunmuş proses başa çatmışdır. Nəticədə on bir vətəndaş cəmiyyəti təmsilçisinin İctimai Şurada təmsil olunmaq üçün namizədliyi təsdiq olunmuşdur.  

QHT.az xəbər verir ki, 2025-ci il 06 sentyabr tarixində saat 18:00-da ANAMA yanında İctimai Şuraya namizədlərin seçilməsi üçün səsvermədə iştirak edəcək vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin siyahısının təqdim olunması başa çatmışdır. Təqdim olunan sənədlər Seçki Komissiyası tərəfindən nəzərdən keçirilmiş və İctimai Şuraya seçkilərdə iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından 93 nümayəndənin sənədləri qəbul olunmuşdur.

İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət birgə yığıncaq (səsvermə) 2025-ci il 16 sentyabr tarixində saat 10:00-dan – 15:00-dək Agentlikdə (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) keçiriləcək. Seçkilər zamanı təmsilçilərdən yalnız 9 namizəd seçiləcəkdir.

 

Seçilən
75
qht.az

1Mənbələr