AZ

Bəzi özəl müəssisələr tibb heyəti ilə müqaviləsiz əməkdaşlıq edir - SN

Bakı. Trend:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi vəsahibkarların maraqlarının müdafiəsi haqqında” AzərbaycanRespublikasının Qanununa əsasən, planlı və plandankənar yoxlamalarzamanı özəl tibb müəssisələrinin sənədləri araşdırılır və qeydəalınır.

Trend xəbərverir ki, bu barədə 93 FM dalğasında yayımlanan “Sağlam radio”nunefirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquqşöbəsinin müdiri Tamam Həsənova danışıb.

Onun sözlərinə görə, özəl tibb müəssisələrinin rəhbərləri tibbheyəti ilə mütləq əmək müqaviləsi bağlamalıdırlar. Lakinyoxlamalarda məlum olur ki, bəzi müəssisələr müqaviləsiz əməkdaşlıqedir.

T.Həsənova bildirib ki, yoxlamalar zamanı müəssisənin tibbipersonalına dair şəxsi işlər araşdırılır. Bundan əlavə, əməkmüqaviləsi bağlanmış şəxslərin məlumatları Səhiyyə NazirliyininTibb işçilərinin reyestrində yoxlanılır.

Bəzən işçilərin diplomu, sertifikasiyasının olmaması və yamüddətinin bitdiyi aşkarlanır.

Əgər müqavilə yoxdursa, pasiyentin sənədləri, qeydiyyatvərəqələri yoxlanılır. Pasiyentə tətbiq edilmiş bütün müayinələr,analizlər və müalicələr qeyd olunmalıdır. Qeydiyyatsız şəxsləraşkar edilərsə, reyestr vasitəsilə araşdırma aparılır.

Vətəndaşlar, dövlət orqanları və ya media tərəfindən daxil olanəsaslı müraciətlər nəticəsində faktlar yoxlanılır.

Həmçinin, İXM-in 215.4-cü maddəsinə əsasən, ali və ya ortaixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuşsertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərinpraktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəlişəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər altı minmanatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”.

Sonda T.Həsənova qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin(İXM) 215.1-ci maddəsinə əsasən, ali və ya orta ixtisas tibbtəhsili və qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsiolmayan, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayantibbi xidmətin göstərilməsinə görə, fiziki şəxslər 300-500,vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 manatadəkməbləğdə cərimə edilir. Həmçinin, İXM-in 215.4-cü maddəsinə əsasən,ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdətutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayanşəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasınagörə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqişəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cəriməedilir”.

Seçilən
24
5
az.trend.az

6Mənbələr