
“Hesab edirəm ki, AMB faiz dərəcələrini sabit saxlayacaq. Birincisi, hazırda ölkədə inflyasiya təzyiqi yüksəlib. Ona görə də faiz dərəcələrinin aşağı salınması o qədər də məqsədəuyğun olmaz. Amma digər tərəfdən də faiz dərəcələrinin artırılması faktiki olaraq əks effekt verə bilər. Hazırda ölkədə iqtisadi böyümə ilk yeddi ayda təxminən bir faiz ətrafında olub və hələlik də həmin səviyyədə davam edir. Yəni iqtisadi artım həmin sürətlə gedir və buna görə də faiz dərəcələrinin artırılması ya iqtisadi böyüməni zəiflədə bilər, ya da onun artmasına imkan verməz”. İqtisadçı qeyd edib ki, iqtisadiyyatımızda mövcud formalaşmış vəziyyət Mərkəzi Bankı daha ehtiyatlı və ölçüb-biçən addımlar atmağa vadar edir: “Düşünürəm ki, faiz dərəcələri sabit saxlanılacaq. Ümumiyyətlə, uçot faiz dərəcəsindən əlavə olaraq digər addımların atılmasına maliyyə sektoru tərəfindən daha çox ehtiyac var”.
Gülbəniz Hüseynli / Metbuat.az