BAKI, 9 sentyabr. TELEQRAF
Rusiyalı şahmatçı Valentina Gunina xəstəlik səbəbindən Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Grand Swiss” turnirində iştirakını dayandırıb.
Teleqraf xəbər verir ki, qadın idmançı bu barədə "Teleqram" kanalında paylaşım edib.
5 turdan sonra turnirdə 52-ci yerdə olan Gunina bu sözləri qeyd edib: “Turnirdən geri çəkildim. Səhər erkəndən reysim var, sakit olmalıyam. Axşama yaxın isə həkimdə olmalıyam. Gözüm çox narahatdır, ürəyim bulanır və başım ağrıyır. Təcili yardımı gözləyirəm. Tezliklə evdə olmaq istəyirəm”.