Zəngəzur dəhlizinin Azərbaycan ərazisi üzrə işlərin gələn il tamamlanması nəzərdə tutulur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamsında bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında, tranzit yükdaşmalarının həyata keçirilməsində mühüm strateji əhəmiyyətə malik layihədir:
"Azərbaycan ərazisi üzrə dəhlizin işləri gələn il ərzində tamamlanması nəzərdə tutulur. Zənqəzur dəhlizinin inkişaf etdirilməsi ilə Orta Dəhlizdə əlavə 15 milyon ton yük daşınacaq".