AZ

"İctimai Şuraların məsuliyyəti vətəndaş fəallığı ilə bağlıdır" – İradə Rizazadə

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilən müzakirədə çıxış edib.

O bildirib ki, İctimai Şuraların səmərəli fəaliyyəti üçün tədbirlərin qeyri-hökumət təşkilatları tərəfindən ciddi şəkildə aparılması və üzvlərin məsuliyyəti anlaması vacibdir:

“İctimai Şura məsuliyyətini dərk etməlidir. Qeyri-hökumət təşkilatları yalnız səs verməklə kifayətlənməməli, ortaya konkret məsələlər qoymalıdırlar, ” – deyə İ.Rizazadə vurğulayıb.

O həmçinin qeyd edib ki, dö vlət qurumları, xüsusilə icra hakimiyyətləri, məsələlərin həllində gecikmələr göstərir və bu, ictimai nəzarətin aktivliyinə siqnal kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” adlı layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Seçilən
21
qht.az

1Mənbələr