AZ

“İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir”

“Bildiyiniz kimi, Prezident İlham Əliyev avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə səfər edib. Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri tarixi əhəmiyyətə malikdir”.

Bunu spiker Sahibə Qafarova Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr etdiyi növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında bildirib.
“Belə ki, Vaşqinton razılaşmaları yalnız Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə təsir göstərən tərəfləri ilə yadda qaldı.
Böyük liderləri fərqləndirən ən mühüm cəhətlər onların dövlətçilik təfəkkürü, strateji düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə həyata keçirir və yeni tarixi reallıqlar yaradır. Vaşinqton razılaşmaları da məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı əldə edilmiş razılaşmalar ümumilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir”, - deyə spiker bildirib.
Seçilən
116
yenilik.az

1Mənbələr