AZ

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur

Bakı. Trend:

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn iltamamlanması nəzərdə tutulur.

Trend xəbərverir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyevjurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə 2019-cu ildəgöndərilən yüklərin həcmi ilə müqayisədə 2024-cü ildə 5 dəfəyəqədər artım əldə olunub:

"2024-cü ildə 358 blok qatar Çindən Avropa istiqamətindəgöndərilib. Bu, həm Azərbaycanın Orta Dəhlizdəki artan nüfuzunaişarədir. Biz hesab edirik ki, bu sahədə bizim hələ də daha genişpotensialımız və imkanlarımız var. Avropa ilə Çin arasında olanticarət əlaqələrinin cari həcmi və gələcək perspektivi, eləcə dəbizim bu sahədə aparılan və genişləndirilən islahatlar bunu deməyəimkan verir".

O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyatsisteminin çox önəmli bir halqasına çevrilərək, həm şərq-qərb, həmdə şimal-cənub istiqamətində nəqliyyat bağlantılarınınqurulmasında, tranzit yükdaşmalarının həyata keçirilməsində mühümstrateji əhəmiyyətə malik layihədir. Azərbaycan ərazisi üzrədəhlizin işləri gələn il ərzində tamamlanması nəzərdə tutulur.Zənqəzur dəhlizinin inkişaf etdirilməsi ilə Orta Dəhlizdə əlavə 15milyon ton yük daşınacaq".

Seçilən
40
5
az.trend.az

10Mənbələr