AZ

Yatmazdan əvvəl edilən dəri baxımında 5 səhv!

Gecə edilən dəri baxımı sağlam, parlaq və gənc görünən dəri üçün çox vacibdir. Lakin mütəxəssislər insanların tez-tez bilmədən bu prosesi zədələyən səhvlərə yol verdiyini bildirirlər.


Pravda.az xatırladır ki, bu səhvlər dəridə quruluq, sızanaq, vaxtından əvvəl qocalma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər.


Dermatoloqların diqqət çəkdiyi 5 geniş yayılmış səhv:


Makyajla yatmaq: Gözənəkləri tıxayaraq dəriyə nəfəs almağa imkan vermir.


Uyğun olmayan məhsullar seçmək: Hər dəri tipi üçün düzgün olmayan kremlər balansı poza bilər.


Üzü yuyub təmizləmədən krem çəkmək: Gün boyu yığılan kir və yağ təmizlənmədikdə məhsullar təsirsiz olur.


Həddindən artıq məhsul istifadə etmək: Çox məhsul qarışdırmaq dəri baryerini zəiflədə bilər.

Yastıq üzünü tez-tez dəyişməmək: Çirkli üzlüklər bakteriyaların dəriyə keçməsinə və sızanaqlara səbəb olur.


Mütəxəssislər vurğulayır ki, gecə baxımında sadəlik, düzgün məhsul seçimi və gigiyena əsas şərtlərdəndir.


Əminə Bayramova 

Tarix: 9 Sentyabr 2025, 11:01   
Seçilən
9
1
pravda.az

2Mənbələr