AZ

Donbasda QIRĞIN gedir: Qoşunlar iki istiqamətdə ÖLÜM-DİRİM savaşına girir - Üzeyir Cəfərovla CANLI

Rusiya işğalçı qüvvələri Donbasda genişmiqyaslı hücuma hazırlaşır. Ruslar artıq Donetsk vilayətində Slavyansk və Kramatorska gedən logistik marşrutlara tam nəzarət etmək üçün imkanlar axtarmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı zabit Stanislav Bünyatov məlumat verib.

Onun sözlərinə görə, bu yollar cəbhədən nisbətən uzaqda yerləşdiyindən həmin əraziləri atəş altında saxlamaq çətindir:
"Hər şeyə baxmayaraq, Ukrayna Donbasının genişliyi manevrlər və effektiv döyüş əməliyyatları üçün imkanlar yaradır, buna görə də cəbhədə iflic və xaotik geri çəkilmə olmayacaq”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:   
                                                                                                                       

https://www.youtube.com/results?search_query=tv+musavat

 

Seçilən
15
3
musavat.com

10Mənbələr