AZ

Günlərlə ac-susuz liftdə qaldı

Ajans.az "Bild" qəzetinə istinadən xəbər verir ki, nasaz elektrik sistemi səbəbindən nəinki liftin özü, hətta təcili çağırış düyməsi də işləməyib. Kişinin telefonu olmadığı üçün yaxınları ilə əlaqə saxlaya bilməyib.

Kişi dörd gün ac-susuz çarəsiz vəziyyətdə kabinədə qalıb. O, ancaq oğlunun atasının cavab verməməsindən narahat olaraq polisə müraciət etdikdən sonra xilas edilib. Zabitlər gələndə şaxtadan zəif bir səs eşidiblər. Zərərçəkmiş ciddi şəkildə susuz qalıb və xəstəxanaya aparılıb.  

Seçilən
37
2
Ajans.az

3Mənbələr