AZ

İsrail təyyarələri Suriyanın Homs yaxınlığındakı hava hücumundan müdafiə məktəbinə hücum edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Homs şəhəri yaxınlığında (Dəməşqdən 165 km aralıda) Suriya hava hücumundan müdafiə üzrə hərbi təyinatlı məktəbin yerləşdiyi əraziyə zərbələr endiriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Ekhbariya" telekanalı məlumat verib.
Məlumata görə, həmçinin Homsun cənubundakı Şinşar rayonunda və Suriya silahlı qüvvələrinin silah-sursat anbarlarının yerləşdiyi Əl-Avras şəhərində də güclü partlayış səsləri eşidilib. Hava hücumlarının nəticələri barədə məlumat verilməyib.
Seçilən
21
37
oxu.az

10Mənbələr