Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun müqabilində Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün “yaşıl işıq” yandırır.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a BMT-dəki mənbə bildirib:
“Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım olaraq Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq məsələsində konsensus əldə etməyi planlaşdırır”.
Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər davam edə bilər.
Xatırladaq ki, SSRİ dağılandan sonra Pakistan Qarabağ münaqişəsinə görə Ermənistanı heç vaxt müstəqil dövlət kimi tanımayıb.
Buna baxmayaraq, Pakistan və Ermənistan xarici işlər nazirləri 2025-ci il avqustun 31-də diplomatik münasibətlərin qurulmasına dair kommünike imzalayıblar.
Musavat.com