AZ

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 950 hərbçisini itirib.

 

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 90 min 10 nəfərə çatıb.

 

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 1 tank, 32 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
9
missiya.az

10Mənbələr