AZ

ÇİN XİN rəsmisi: "AQEM regional sülh və sabitliyə töhfə verməlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"AQEM ölkələr arasında qarşılıqlı əməkdaşlıq və etimadın gücləndirilməsində unikal rol oynayır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi, səfir Yan Uenbin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclasında deyib.
Onun sözlərinə görə, bu tədbir AQEM çərçivəsində mühüm əhəmiyyət təşkil edir:
"2014-cü ildən bəri bütün iclaslar Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə baş tutub. Çin daim AQEM-in fəaliyyətinə dəstək göstərib. Aydındır ki, mövcud beynəlxalq mənzərə olduqca mürəkkəbdir. Bu il BMT-nin yaradılmasının 80 illiyi qeyd olunur ki, bu isə özlüyündə daha ədalətli nizamın qurulmasını özündə ehtiva edir".
Diplomat bildirib ki, AQEM regional təhlükəsizliyə daha çox diqqət ayıraraq sülh və sabitliyə töhfə verməlidir:
"AQEM Asiyanın təhlükəsizliyini təmin etmək üçün faydalı araşdırmalar apara bilər. Asiyanın ən geniş coğrafi əhatəyə və ən böyük üzv bazasına malik forumu kimi, AQEM regional ölkələr arasında ünsiyyətin gücləndirilməsində, qarşılıqlı etimadın artırılmasında və əməkdaşlığın təşviqində unikal və konstruktiv rol oynayır".
Seçilən
6
oxu.az

1Mənbələr