BAKI, 9 sentyabr. TELEQRAF
“İkitərəfli münasibətlərin normallaşması üçün Türkiyənin Ermənistandan bir sıra tələbləri var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Abramyana görə, Ankaranın əlaqələrin bərpası üçün tələbləri aşağıdakılardır:
- Türkiyə Azərbaycanın prioritetlərini Ermənistanla münasibətlərin normallaşdırılmasının mərkəzinə qoyur. (Yəni əlaqələrin bərpası üçün İrəvan Bakı ilə sülh sazişini imzalamalıdır).
- Ermənistan hakimiyyəti “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanıdılması məsələsindən imtina etməlidir.
- İrəvan Ankaranı Cənubi Qafqazda regional müşahidəçi kimi tanımalıdır.