AZ

Trampın müşaviri BRİKS barədə sərt danışdı: “Amerikasız yaşaya bilməzlər”

ABŞ prezidenti Donald Trampın ticarət üzrə baş müşaviri Piter Navarro bildirib ki, BRİKS üzvü olan heç bir ölkə Amerika ilə ticarət etmədən yaşaya bilməz. O, bu fikri Real America’s Voice telekanalına müsahibəsində səsləndirib.

«Bu ölkələrin heç biri ABŞ-a məhsul satmasa, mövcud ola bilməz. Onlar ixraclarını Birləşmiş Ştatlara yönəldəndə sanki vampir kimi qanımızı sorurlar – ədalətsiz ticarət praktikalı ilə», – deyə o vurğulayıb.

Navarro BRİKS ölkələrinin birlikdə qalmaq imkanına da şübhə ilə yanaşıb: «Mən anlamıram, bu dövlətlər necə bir yerdə qala bilərlər, çünki tarixi baxımdan onlar bir-birlərinə nifrət edib və bir-birilərini öldürüblər».

Xatırladaq ki, Donald Tramp dəfələrlə bəyan edib: BRİKS-in yaradılmasının əsas məqsədi ABŞ-a zərbə vurmaq və dolların dünya ehtiyat valyutası rolunu zəiflətməkdir.

Seçilən
16
moderator.az

1Mənbələr