AZ

2026-cı ildə Azərbaycanda AQEM-in zirvə toplantısı keçiriləcək

BAKI, 9 sentyabr. TELEQRAF

2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir.

"Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” mövzusu üzərində qurulur", - dövlət başçısı qeyd edib.

Seçilən
41
4
teleqraf.com

7Mənbələr