AZ

Çobanyastığı yuxunuyaxşılaşdırır

Çobanyastığı təbii yüngül sakitləşdirici vasitədir və yuxunu yaxşılaşdırmağa kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Bet Çervoni Daily Mirror-a danışıb.

Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl içilən bir fincan çobanyastığı çayı yuxusuzluqdan qurtulmağın sadə yoludur. Bitkinin tərkibində sinir sistemini sakitləşdirən və gərginliyi azaldan apigenin adlı maddə mövcuddur.

Dietoloq əlavə edib ki, çobanyastığı güclü terapevtik təsirə malikdir və bir çox xəstəliklərin profilaktikasında faydalıdır. Onun sözlərinə görə, bu bitki flavonoidlər, terpenoidlər və kumarinlər ilə zəngindir. Bu maddələr qan təzyiqinə nəzarət etməyə, qaraciyəri qorumağa, həmçinin iltihabəleyhinə və antioksidant təsir göstərməyə kömək edir.

Aytəkin TOFİQQIZI

Seçilən
5
redaktor.az

1Mənbələr