AZ

Baş məşqçisiz Azərbaycan millisi Ukraynaya qarşı

Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 2-ci tur çərçivəsində Ukrayna yığması ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

Ukrayna yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Sözügedən komanda ilə indiyə qədər 2 oyun keçirmişik. Bunların hər ikisi yoxlama görüşü çərçivəsində olub. 2006-cı ildə Bakıda keçirilmiş ilk görüşdə qapılara qol vurulmayıb. Elə həmin ilin avqustunda Kiyevdə keçirilmiş oyunda isə millimiz 0:6 hesablı darmadağına üzülüb. Bir sözlə, sözügedən kollektivlər ilk dəfə rəsmi oyunda üz-üzə gələcəklər.

Qeyd edək ki, bu oyun ərəfəsində Azərbaycan yığmasında gözlənilməz ayrılıq reallaşıb. Belə ki, baş məşqçi Fernando Santos AFFA rəhbərliyi tərəfindən istefaya göndərilib. Buna komandamızın seçmə mərhələnin ilk turunda İslandiyaya səfərdə 0:6 hesablı məğlubiyyəti səbəb olub. Komandamızı Ukrayna ilə görüşə U-21 millinin baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Ukrayna yığması da seçmə mərhələyə uğursuz başlayıb. Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv Fransa yığmasına 0:2 hesabıyla uduzub.

Qeyd edək ki, bu gün keçiriləcək D qrupunun digər oyununda Fransa yığması İslandiyanı qəbul edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
9 sentyabr

20:00. Azərbaycan – Ukrayna
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis (Yunanıstan).
Dördüncü hakim: Anastasios Papapetru (Yunanıstan).
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
(Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00.

error: Məzmun qorunur!
Seçilən
40
8
arena.az

10Mənbələr