AZ

Küpçalqışlaqlılar qayğıdan razıdırlar

Son bir neçə il ərzində, xüsusən də ötən il yağan intensiv leysan yağışları nəticəsində Qudyalçayda meydana gələn sel və daşqınlardan sonra çayın Qubanın Küpçalqışlaq kəndinin yaxınlığından keçən hissəsində,  Samur-Abşeron kanalı ilə kəsişdiyi ərazidə böyük miqyaslı torpaq sürüşməsi əmələ gəlmişdi.

Bu səbəbdən kəndin yeganə yolu bağlanmış, müvəqqəti olaraq alternativ yol açılmış, yaxınlıqda yerləşən yaşayış evləri, həmçinin elektrik və digər infrastruktur sahələri üçün ciddi təhlükə yaranmışdı. Mövcud vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verilmiş və rəsmi müraciətlər ünvanlanmışdır. Qısa vaxt ərzində bütün məsul təşkilatların rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, müvafiq rəy və təkliflər hazırlanmışdır.

Ərazidə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xətti ilə zəruri tədbirlərin görülməsi istiqamətində işlərə başlanmışdır. Küpçalqışlaq kəndi ərazisindən keçən sahədə çay ətrafı bərkidilmiş, suyun səviyyəsinin qalxmaması üçün axar ərazilərdə təmizləmə işləri görülmüşdür. Elektrik dirəklərinin əksəriyyəti yenisi ilə əvəzlənmişdir.

Küpçalqışlaq kənd sakinləri həyata keçirilən bu mühüm işlərə görə əlaqədar təşkilatlara minnətdarlıqlarını bildiriblər.

A.ƏLİYEV,

Quba rayonunun Küpçalqışlaq kəndi

Seçilən
80
azerbaijan-news.az

1Mənbələr