2022-2024-cü illər ərzində (3 il ərzində) Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 2024-cü ilin sonunda 11 min ədədə yaxınlaşıb. 2021-ci ilin sonunda Azərbaycanda 5 min 284 ədəd motosikl var idi.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanda motosillərin sayı 2 min 90 ədəd artaraq 10 min 822 ədədə yüksəlib. 2023-cü ilin sonunda Azərbaycanda 8 min 732 ədəd motosikl mövcud idi.
Son illər Azərbaycanda çatdırılma xidmətinin inkişaf etməsi və insanların motosikllərə marağının yenidən artması sayın kəskin artmasına səbəb olub.