AZ

Zəngəzurun statusu və yolun işləyəcəyi rejim açıqlandı

BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol dəhliz statusunda olacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.

Mənbə bildirib ki, Ermənistan rəsmiləri “dəhliz” terminologiyasını kəskin şəkildə inkar edir, heç bir ekstraterritorial rejimin nəzərdə tutulmadığını iddia edirlər.

Məqalədə diqqətçəkən məqamlar:

- ABŞ ilə (Ermənistan arasında əldə edilmiş) ikitərəfli memorandumların mətnlərində TRIPP-in (“Tramp yolu” və ya Zəngəzur dəhlizinin) funksional xüsusiyyətləri birbaşa göstərilmir.

- Türkiyə və Azərbaycanın tələbləri budur: sərnişinlər və yüklər Ermənistanın yoxlamasına məruz qalmamalıdır. Ermənistan isə cavabında yalnız ABŞ-də imzalanmış memorandumun bütün bəndlərinin Ermənistan qanunvericiliyinə ciddi şəkildə uyğun olduğunu bildirir, amma əsas suala cavab verməkdən tamamilə imtina edir: Azərbaycan vətəndaşlarını kim yoxlayacaq? Erməni sərhədçiləri və gömrükçüləri, yoxsa...?

Burada ən maraqlı hissə başlayır. Hakimiyyət bu əsas suala birbaşa və aydın cavab vermir. Əgər yoxlama və sərhəd nəzarəti Ermənistan xidmətləri tərəfindən həyata keçirilirsə, deməli bu, adi yoldur. Əgər rejim Ermənistan xidmətlərinin iştirakı olmadan tətbiq edilirsə, bu, ekstraterritorial dəhlizdir.

- Ankara və Bakının tələbləri qarşısında İrəvanın susqunluğunu nəzərə alsaq, demək, Azərbaycan və Türkiyə ekstraterritorial dəhlizlə təmin olunub.

“Sputnik Ermənistan”ın fikrincə, ABŞ-nin Zəngəzur dəhlizi üzərində nəzarəti formal xarakter daşıyacaq: “Amerikalıların hesablamalarına TRIPP-in Avrasiya kommunikasiya xəritəsini yenidən formatlaşdırmaq istəyi də daxildir. Bu logistika sistemi İran və Rusiyadan yan keçməklə onların Orta dəhliz (Avropa-Xəzər-Mərkəzi Asiya) konsepsiyasına uyğunlaşmalı olacaq”.

Məqalədə sonda qeyd edilib ki, TRIPP “Ermənistanın suverenliyi altında yol” kimi rəsmiləşsə də, faktiki dəhlizdir, yüklər və sərnişinlər Ermənistan sərhədini keçərkən pasportlara möhürü İrəvan vurmayacaq.

Seçilən
28
teleqraf.com

1Mənbələr