AZ

Biləsuvarın yollarında xətlər və zolaqlar yenidən rənglənir

Artıq bir neçə gündür Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Biləsuvar şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri aparılır. 

Heydər Əliyev prospektində başlayan işlər şəhərin Mübariz İbrahimov küçəsində davam etdirilib.

Qeyd edək ki, AYNA əməkdaşları tərəfindən peşəkar və yüksək səviyyədə həyata keçirilən yol göstərici xətlərin və piyada zolaqlarının yenilənməsi avtomobillərin təhlükəsiz hərəkətinə və piyadaların rahat gediş-gəlişinə şərait yaradır. 

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr