AZ

Heqset Venesuela sahillərinə gəlib | VİDEO

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki,Heqsetin gəlişində məqsəd“hərbi əməliyyatlara və hazırlığa nəzarət etmək” dir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Venesuela sahillərinə güclü dəniz armadası göndərib: altı idarəolunan raket esminesi və raket kreyseri, habelə desant gəmisi. Ərazidə, eyni zamanda, nüvə enerjisi ilə işləyən sürətli hücum sualtı qayığı da yerləşdirilib.

ABŞ Maduronu devirməyə hazırlaşır? | VİDEO
Ekspertlərin fikrincə, ABŞ-nin hərbi fəallığının nümayişkaranə şəkildə artması Venesuela ətrafında artan gərginlikdən və Vaşinqtonun regionda qətiyyətli addımlar atmağa hazır olduğundan xəbər verir.

Venesuela prezidenti Nikolas Maduro, öz növbəsində, “Venezolana de Televisión” telekanalına müsahibsəində ABŞ-ni uydurma bəhanə ilə respublikaya qarşı hərbi təcavüzə cəhddə günahlandırıb.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
15
1
azvision.az

2Mənbələr