Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi perspektivlərini, həmçinin İsrail-Fələstin münaqişəsi zonasında vəziyyəti müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
Qeyd olunub ki, nazirlər Rusiya–Səudiyyə əlaqələrinin mövcud vəziyyəti və onların çoxşaxəli inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.
Tərəflər Moskva ilə Ər-Riyad arasında siyasi dialoqun yüksək dinamikasının saxlanmasının, eləcə də ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.