Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Britaniya Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Prince of Wales" Cənubi Koreyanın Busan şəhərinin cənubunda beynəlxalq sularda təlimlər keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Seuldakı səfirliyinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Təlimlərə "F-35B" təyyarələri cəlb olunub. Təyyarədaşıyan gəminin göyərtəsində 24-ə qədər belə qırıcı yerləşdirilə bilir. Təlim “aviasiya imkanlarının nümayişi”ni əhatə edib.
Böyük Britaniyanın Seuldakı səfiri bildirib ki, bu təlimlər Böyük Britaniya və Koreya Respublikası arasında əməkdaşlığın səviyyəsini və Londonun “strateji tərəfdaşlığı dərinləşdirməyə və regionun təhlükəsizlik arxitekturasına mühüm töhfə verməyə” hazır olduğunu nümayiş etdirir.
Təyyarədaşıyan gəminin təxminən 700 nəfərlik ekipajı var və 1600-ə qədər hərbi qulluqçu qəbul edə bilir.
Bundan əlavə, Koreya Respublikası və Böyük Britaniya hər tərəfdən üç gəminin iştirak etdiyi birgə təlimlər keçirib. Onların məqsədi iki dəniz donanması arasında uyğunluğu yaxşılaşdırmaq olub.
2025-ci il avqustun ortalarında bir logistik gəmi də daxil olmaqla iki Kral Hərbi Dəniz Qüvvələri gəmisi Busan limanına çağırılıb. Gəmilərin heyətləri liman səfərləri zamanı müxtəlif mədəni tədbirlərdə iştirak ediblər.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.