AZ

Peskov: Putin ad gününü adətən ailəsi ilə keçirir...

Kreml sözçüsü bildirib ki, Rusiya prezidenti 7 oktyabrda həm yaxınları ilə, həm də xarici liderlərlə ünsiyyətə üstünlük verir...

Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin öz doğum gününü — 7 oktyabrı adətən ailə üzvləri ilə birgə keçirməyə çalışır. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (ŞİF) TASS agentliyinə müsahibəsində danışıb.

Peskov qeyd edib ki, Putin digər insanlar kimi doğum gününü yaxın dostları və tanışları ilə birlikdə qeyd edir. Lakin çox vaxt bu tarix onun üçün rəsmi görüşlərlə də üst-üstə düşür:
“Əksər hallarda prezidentin «xidmət xarakterli bayramı» olur. O, bu günü həmkarları, digər dövlətlərin başçıları ilə ünsiyyət və müzakirələr üçün istifadə edir. Belə hallar tez-tez baş verir”, — deyə Kremlin nümayəndəsi bildirib.

Kreml sözçüsü əlavə edib ki, hazırkı həftə Putin üçün son dərəcə gərgin olacaq. Prezidentin proqramında genişmiqyaslı iş planı hazırlanıb, daxili tədbirlər və mühüm görüşlər nəzərdə tutulub.

Bundan öncə Peskov Putinin heç vaxt rəsmi məzuniyyətə çıxmadığını xatırladaraq, dövlət başçısının səlahiyyətlərinin tam dincəlmək üçün imkan vermədiyini vurğulamışdı.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr