AZ

Ərdoğandan yeni AES-lərin inşasını tənqid edənlərə reaksiya: “Cahillik və qərəz...”

Türkiyənin 2053-cü ilə qədər elan etdiyi inkişaf hədəflərinə nüvə enerjisindən istifadə etmədən çatmaq mümkün deyil. 4 800 MVt gücündə “Akkuyu” AES-in istifadəyə verilməsi ölkəmizin enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin cənubunda Mersin vilayətində yerləşən “Akkuyu” AES 35 milyon ton zərərli maddənin atmosferə atılmasının qarşısını alacaq, nüvə stansiyasının fəaliyyətinin Türkiyə ÜDM-inə müsbət töhfəsi isə 50 milyard dollara çatacaq.

Türkiyə lideri Sinop vilayətində yeni AES-lərin inşası planlarının tənqidini isə “cahillik və qərəz”lə əlaqələndirib.

Seçilən
16
publika.az

1Mənbələr