Argentinanın səfiri Enrike İqnasio Ferrer Vieyra Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.
News24.az bu barədə qurumun rəsmi saytına istinadən məlumat yayır. Qeyd olunub ki, bu addım, Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullrixin Rusiya əleyhinə bəyanatlarına cavab olaraq atılıb.
Rusiya XİN-in məlumatında qeyd olunur ki, Bullrixin Argentinada Prezident sarayında telefon danışıqlarının dinlənilməsində Rusiyanın əli olması ilə bağlı açıqlamaları diqqətə çatdırılıb. Rusiya XİN səfirə etiraz notası təqdim edib.
Aqil